Aktyorun ölüm səbəbi açıqlanıb

media-hightechnic-468x90

robUilyamsın intihar etdiyi artıq şübhəsizdir.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Robin Uilyams intihar edib. İntihar zamanı onun qanında nə alkoqol, nə də hansısa narkotik maddəyə rast gəlinib.

Xatırladaq ki, Robin Uilyams Kaliforniya ştatındakı evində ölü tapılmışdı.

Aktyorun xanımı Syuzan Şnayderin sözlərinə görə, o, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, “Oskar” mükafatı laureatı və “Qızıl qlobus” sahibi olan aktyor daha çox “Cumanci”, “Missis Dautfayr”, “Sabahın xeyir, Vyetnam” filmləri ilə məşhur idi.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600