“Ala qarğa” Kremldən GETDİ – Kozakın istefası Rusiyanın gələcəyini NECƏ DƏYİŞƏCƏK?

media-hightechnic-468x90

“Dmitri Kozakın istefası Rusiyada hakimiyyət dəyişikliyinə apara bilər”.

Bu fikirləri Yenicag.az-a uzun illər Rusiyada fəaliyyət göstərmiş politoloq Fuad Abbasov bildirib.

media-fuad_abbasov3

Analitik Rusiya Prezidentinin müşaviri Dmitri Kozakın Kremldə tutduğu bütün vəzifələrdən istefa verməsini şərh edib.

Onun sözlərinə görə, Dmitri Kozakın istefa mövzusu maraqlıdır, amma bu, onun ilk istefa mövzusu deyil:

“Xatırladıram ki, Azərbaycan və Ermənistan arasında münaqişə sırasında Kozak Rusiya Prezidentinin Ermənistan üzrə nümayəndəsi idi. Azərbaycanın Ermənistan üzərində qalib gəlməsi və daha sonra ermənilərin Rusiyadan narazı qalması, eləcə də Ermənistanın Rusiyanın orbitindən çıxması problemlərinin hamısını onun cavabdehliyinə aid edərək onu bu vəzifədən uzaqlaşdırdılar və yerinə Sergey Kiriyenkonu gətirdilər. Bundan əlavə də onun digər vəzifələrində özünəməxsus mövqeyi olduğu üçün uzaqlaşdırıldığını görürük. Bunun isə ən başlıcası 2022-ci ildə Rusiya siyasi elitasına yaxın olan adamlardan çox nadir birisi olaraq Ukraynaya qarşı müharibəyə etiraz etməsi oldu. Belə bir halda, Kozak Rusiya siyasi elitasında, rus deyimi ilə desək, “ala qarğa” kimi özünü tanıtmış oldu. Əgər Kozak həqiqətən istefa verirsə və qəbul edilərsə, bu Rusiya hakimiyyətinin Rusiya əleyhinə olan insanlardan qurtulması kimi qiymətləndirilə bilər”.

F. Abbasov bildirib ki, bu istefa onu Rusiyanın ən yüksək vəzifələrinə gətirib çıxara bilər:

“Məsələnin digər tərəfi isə görəsən, Kozak vəzifədən uzaqlaşdırıldıqdan sonra elə bir nöqteyi-nəzər sərgiləyən siyasətçi olaraq gələcək karyerasını necə quracaq? Əlbəttə ki, əgər nə vaxtsa Rusiyada hakimiyyət dəyişəcəksə və o Prezident və ya Baş nazir vəzifəsinə öz namizədliyini irəli sürsə, bu namizədlik, ilk növbədə, Qərb ölkələri və ABŞ tərəfindən dəstəklənəcək. Belə bir insanın Qərb tərəfindən itirilməsi qeyri-mümkündür. Mənə elə gəlir ki, Kozak istefası ilə öz karyerasına yeni bir səhifə, daha yüksək vəzifəyə keçmək üçün özünə yol açır. Rusiya elitası da bunu çox gözəl başa düşür və bir tərəfdən, onun istefasını qəbul etməklə, digər tərəfdən də müharibəyə qarşı çıxan digər vəzifəli şəxslərə xəbərdarlıq etmiş olur. Onun ardından Lavrovun da istefası verilərsə, bu Rusiya hakimiyyətində ikinci siyasi qüvvənin meydana gəlməsinə və bu siyasi qüvvənin Kremlə müxalif mövqe sərgiləməsinə gətirib çıxara bilər. Beləliklə, Rusiyada hakimiyyət dəyişikliyi də baş verə bilər”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa