"Alatava"nın EMKASI: "Buna görə mənə nifrət etsinlər

media-hightechnic-468x90

 

“Heç vaxt tamaşaçı nifrətindən qorxmamışam”.

Bu sözləri tanınmış aktrisa Rumiyyə Ağayeva Yenicag.az-a verdiyi açıqlamada bildirib.

Aktrisa “Sizin üçün hansı rolu oynamaq daha rahat və maraqlıdır – mənfi, yoxsa müsbət?” sualına belə aydınlıq gətirib:

“Mənim üçün rolun mənfi, ya müsbət olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, rol maraqlı olsun. Amma hesab edirəm ki, mənfi rolun daha çox çalarları olur. Buna görə də mənfi rolu canlandırmaq mənim üçün daha maraqlıdır”.

Aktrisa mənfi obraza görə tamaşaçı nifrəti qazanmaqdan qorxmursunuz ki sualına da belə cavab verib:

“Tamaşaçı nifrətindən qətiyyən qorxmuram. Çünki hesab edirəm ki, tamaşaçı əgər rola görə aktyora nifrət edirsə, etsin. Demək ki, obraz aktyorda alınıb”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa