!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali məktəblərdə vahid İMTAHAN MODELİ: “Test bu yanaşmaları dolğun əks etdirə bilmir”

!Reklam – Yazi

“Artıq dünya təhsili faktoloji yanaşmalardan çox, situativ qərar qəbuletmə, analitik təhlil, verilənlərin təfəkkür süzgəcindən keçirilməsini daha üstün tutur. Test isə bu yanaşmaları heç zaman özündə dolğun əks etdirə bilmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ali təhsil müəssisələrində vahid imtahan modeli barədə daışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, bu məsələdə fikrimiz çox konkret və qətidir. Ekspert, heç olmazsa, universitetlərdəki semestr imtahanlarında test metodundan imtina etməyi təklif edir.

“Test üsulu dünyanın bir çox ölkəsindədə var və əlverişliliyi ilə də seçilir. Amma bizdəki forma və məzmunu tamam fərqlidir. Bizdə test amili nəinki qəbul imtahanı prosesinin, az qala, bütün təhsil mənzərəmizin vizyonunu müəyyən edir, rəngini dəyişir. Artıq dünya təhsili faktoloji yanaşmalardan çox, situativ qərar qəbuletmə, analitik təhlil, verilənlərin təfəkkür süzgəcindən keçirilməsini daha üstün tutur. Test isə bu yanaşmaları heç zaman özündə dolğun əks etdirə bilmir”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, doğrudur, Dövlət İmtahan Mərkəzi tərəfindən bu yanaşmaların tətbiqi üçün son illərdə cəhdlər edilir, açıq tipli və situasiya sualları qapalı testlərlə yanaşı abituriyent və şagirdlərin cavablandırması üçün verilir.

“Amma bu meyarların test vasitəsilə aşkarlanması heç zaman tam şəkildə həyata keçə bilməz. Odur ki, heç olmazsa universitet daxilində tələbələrimizə predmetlə bağlı yekun bilgilərini test üsulu ilə deyil, şifahi və ya yazılı mühakimə vasitəsilə həyata keçirmələrinə şərait yaradaq. Onsuz da abituriyentlərimizə testin əzbərçilik, faktlar, verilənlər bazası ilə qane olmalarına çoxdan göz yummuşuq, heç olmazsa bunu tələbələr üçün etməyək. Odur ki, semestr imtahanlarının test üsulu ilə deyil, yazılı və ondan da çox şifahi mühakimələr vasitəsilə edilməsini çox istərdik”, – deyə o bildirib.

E.Nuri zəruri bir detalı da qeyd edib. Onun sözlərinə görə, tələbələr testi abituriyent illərində olduqları kimi kortəbii əzbərləmə, predmeti təhlil prizması ilə deyil, ona aid dataların toplanması ilə dəyərləndirməni daha çox təqdir edirlər.

“Sorğu keçirsəniz, əksəriyyətinin məhz test üsulu ilə imtahanı qəbul etdiklərini görə bilərsiniz. Test üsulunda mənfi nüans kimi, müsbət məqam da var. Bu, şəffaflığın qorunmasıdır. Lakin təqdir etdiyimiz yazılı və şifahi imtahan modulunda bu şəffaflıq bəzən qorunmaya da bilər, müəllimlərin sui-istifadə hallarına səbəb ola bilər. Təbii ki, bu, ehtimaldır və hər universitetə aid edilə də bilməz. Odur ki, bilet üsulu ilə imtahan modulunun tətbiqini nə zamansa inkişaf etdirsək, gərək bu məqamı da düşünək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv