!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali məktəblərə qəbul imtahanlarında ikinci CƏHD: Bu qrupda rəqabət artır – Valideynlərə TÖVSİYƏ

!Reklam – Yazi

“İkinci cəhd imtahanına kimi hazırlaşmağa həm vaxt var, həm də növbəti cəhdin birinci cəhddən çətin olacağını düşünmürəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 2 və 3-cü ixtisas qruplarının imtahan nəticələrinin elan olunmasından sonra bu ixtisas qrupunda yaranan durum haqqında danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, imtahanın II mərhələsində maksimum toplanıla biləcək 400 balı heç bir abituriyent toplaya bilməyib:

“Qeyd edim ki, II və III ixtisas qrupları üzrə mayın 26-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. II və III ixtisas qrupları üzrə imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48978 abituriyentdən 1994 nəfər imtahanda iştirak etməyib. İmtahanın II mərhələsində maksimum toplanıla biləcək 400 balı heç bir abituriyent toplaya bilməyib. Buraxılış mərhələsi ilə müqayisədə imtahanın blok mərhələsi daha çətin olub. Biz bunu ilin əvvəlindən verdiyimiz bütün açıqlamalarımızda vurğulamışdıq. Yəni blok mərhələsinin buraxılış mərhələsi ilə müqayisədə çətin olacağı gözlənilən idi. Çünki buraxılış imtahanlarının nəticəsi 3 fənnin attestat qiymətlərinə və kollecə qəbula əsas yaradır. Bu baxımdan, buraxılış imtahanlarının asan olması gözləniləndir. Lakin universitetə qəbuldan danışırıqsa, burada ölçmə meyarı bir qədər çətin ola bilər. Bu çətinliyi nəticələrdən aydın görə bilirik”.

Ekspert əlavə edib ki, II qrupla müqayisədə III ixtisas qrupunda rəqabət daha çoxdur:

“Bütün abituriyentlərə tövsiyəm odur ki, blok imtahanının II cəhdində iştirak etsinlər. İkinci cəhd imtahanına kimi hazırlaşmağa həm vaxt var, həm də növbəti cəhdin I cəhddən çətin olacağını düşünmürəm. Keçid ballarının, eləcə də ixtisaslar üzrə balların necə formalaşacağı barəsində dəqiq danışmaq hələ tezdir. İmtahanın II cəhdi hələ olmayıb, ümumi statistika hələ yoxdur. Lakin plan yerlərinin artdığını, yeni universitetlərin yarandığını nəzərə alsaq, abituriyentləri və onların valideynlərini təşvişə düşməməyə çağırıram. Ümumilikdə, qruplar üzrə danışsaq, II qrupla müqayisədə III ixtisas qrupunda rəqabət daha çoxdur”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv