Elm adamlarının araşdırmalarına görə, neandertal insanlar adam əti yeyiblər. Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, Tübingen Universiteti tərəfindən hazırlanan hesabatda bu gün Belçikanın da daxil olduğu torpaqlarda yaşayan ilk insanların öz növlərindən olanları insanları yedikləri, sümüklərindən isə istifadə etdikləri göstərilir.
Araşdırmaçılar Namur şəhəri yaxınlığındakı Goyet mağaralarında tapılan xeyli sayda sümükləri tətqiq etdilər.