Alimlərdən yenilik: Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

media-hightechnic-468x90

Tomsk Dövlət Universitetinin alimləri insan sağlamlığının vəziyyəti və xəstəliklərə qarşı meyli haqqında məlumat verən saçın kimyəvi analizinin yeni üsulunu tapıblar.

Yeniçağ.Az-ın Trend-ə istinadla məlumatına görə, saçın spektral analizi üsulu insan orqanizmində həyati əhəmiyyətli mikroelementlərin konsentrasiyasını müəyyən etməyə imkan verir. Onların disbalansı uzun müddət gizli şəkildə davam edən müxtəlif xəstəliklərin inkişafına səbəb olur. Sözügedən metod bir dəfəyə 30 kimyəvi elementin konsentrasiyasını müəyyən etməyə imkan verir.

Yeni üsul artıq öz səmərəliliyini göstərib. Belə ki, alimlər işemik insult keçirmiş pasiyentlərin saçının analizini apararaq qanın element tərkibinin dəyişdiyini, toksik elementlər olan kadmium və qurğuşunun konsentrasiyasının artmasını və sinkin konsentrasiyasının azalmasını aşkar ediblər.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa