!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alış-verişə çıxmaq gənc ailəyə baha başa gəldi - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin Bursa şəhərində qeyri-adi oğurluq hadisəsi baş verib.

Yenicag.az yerli mediaya istinadən xəbər verir ki, alış-verişə çıxan 31 yaşlı Soner Oğuz və həyat yoldaşı evə qayıdarkən soyulduqlarını fərq ediblər.

Onlar yataq otağındakı seyfin yerində olmadığını görüblər. Dərhal binanın təhlükəsizlik kamerasına baxan ev sahibləri binaya üzünü gizlədən bir qadınla azyaşlı uşağın daxil olduğunu müəyyən ediblər.

Polisə müraciət edən Soner seyfdən 130 qram qızılın və pulunun oğurlandığını bildirib. “Oğruların dərhal tapılmasını istəyirik. 5 yaşında və 8 aylıq iki uşağımız var. Evimizi təzə almışıq, borclarımızı necə qaytaracağıq?”, – deyə o sitəm edib.

COP29

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv