Kiyevə silah tədarükünü tənqid edən Sol partiyadan olan alman deputat Soren Pellmannın Ukraynaya girişinə qadağa qoyulub.
Yenicag.az xəbər verir ki, deputat “Welt” nəşrinə bildirib.
“Heç bir təfərrüatlı izahat verilmədən mənə giriş qadağan edildi. Bu məni təəccübləndirdi və məyus etdi. Mən həmişə silah tədarükünə qarşı olmuşam. Bundestaqın üzvü kimi buna haqqım var”, – o qeyd edib.
Məlumata görə, Pellmann partiyaya yaxın olan Roza Lüksemburq Fondunun təşkil etdiyi səfər çərçivəsində qatarla Kiyevə gedəcəyi Polşanın Przemisl şəhərinə gəlib. Lakin Lvovdan bir qədər əvvəl ukraynalı sərhədçilər Pellmandan qatarı tərk etməyi xahiş ediblər və bir neçə saat sonra onu yenidən Polşaya aparıblar./unikal
www.yenicag.az