!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alman kəşfiyyatının sui-qəsd planı: Keçmiş prezidenti öldürüb, günahı türklərin boynuna atmaq...

!Reklam – Yazi

Qaçqın qiyafəsində yaxalanan Almaniya xüsusi xidmət orqanı BND-in xəfiyyəsi Franko A.-nın ölkənin keçmiş prezidenti Qauka sui-qəsd edəcəyi və bu cinayətin məsuliyyətinin türklərin üzərinə atılacağı iddia olunub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, baş leytenant rütbəsində olan Franko “Devid Bencamin” adı ilə Hessen şəhərindəki qaçqın düşərgəsində bir neçə ay yaşayıb və dövlətdən müavinət alıb.

Məlumata görə, BND-in beş nəfərlik qrupu da sərəncamında olan Frankonun silahlı basqın və partlayışlar hazırladığı bildirilir. Qeyd olunur ki, Frankonun casuslardan ibarət dəstəsinin hədəfi Almaniyanın sabiq prezidenti Qauk və ədliyyə naziri Massdır. İddialara görə, planlaşdırılan bu sui-qəsdlərlə bağlı məsuliyyətin türklərin üzərinə atılması nəzərdə tutulub.

Bir polis əməkdaşının diqqətli davranışı sayəsində üzə çıxan bu məsələyə münasibət bildirən rəsmi şəxslər “Ordu daxilində irqçi qruplaşmalar”ın olduğunu deyiblər.

İfşa olunan Franko A.-nın evində aparılan axtarış zamanı oradan Avrupa Türk Demokratlar Birliyi və baş türk dərnəklərinin yerləşdiyi binaların çertyojları tapılıb. Almaniya mətbuatı Franko A. barəsində araşdırma apararaq, aşağıdakı məlumatları əldə edib:

“Xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət keçən baş leytenant, 28 yaşlı Franko A. Almaniyanın Əfqanıstandakı hərbi kontingentinin tərkibində o ölkədə bir müddət hərbi qulluqda olub.

Vyana və Parisdə saxlanılarkən, üstündən sui-qəsddə istifadə olunmuş silah çıxsa da, o, BND-in işə qarışması nəticəsində sərbəst buraxılaraq, saxta Suriya pasportu ilə Almaniyaya qayıdıb”.

Yeniçağ.Az

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv