Almaniya Kəşfiyyatının hesabatı REZONANS DOĞURDU – Putin NATO ilə böyük savaşa HAZIRLAŞIR!
“Rusiya atəşkəsdən çox, əksinə, Moskva hazırda NATO ilə böyük savaşa hazırlaşır. Rusiya prezidenti Vladimir Putin NATO-nun beşinci maddəsini ilk dəfə sınaqdan keçirmək niyyətindədir”.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniya Kəşfiyyatı – “Bundesnachrichtendienst”in hesabatında dərc olunub.
Hesabatda yazılır ki, rus qoşunlarının Ukraynada cəmləşməsinə baxmayaraq, Rusiya Hərbi Hava Qüvvələri və Rusiya Hərbi Dəniz Donanması döyüşə hazır vəziyyətdədir:
“Rusiya donanmasını gücləndirir. Dünən Moskva hipersonik raket daşıyan bilən, nüvə təyinatlı altıncı “Yasen” sualtı gəmisini suya buraxıb. Ukraynada müharibə başa çatarsa, rus bölmələri tez bir zamanda Baltikyanı ölkələrlə sərhədlərə yerləşdirilə bilər. Moskva və Leninqrad hərbi dairələri artıq yenidən qurulur. Rusiya itkiləri doldurulur və ölkənin müdafiə sənayesi hazırkı Rusiya Federasiyası üçün lazım olandan çox məhsul istehsal edir. Rusiyanın hazırda kreditlərlə birlikdə müdafiə büdcəsi 250 milyard dollar, nominal ÜDM dəyərində isə 437 milyard dollardır”.
Məlumata görə, Rusiyanın adi hərbi xərcləri rekord sürətlə artır:
“2025-ci ildə bu, təxminən 120 milyard avroya çatacaq ki, bu da ÜDM-in 6%-dən çoxunu təşkil edir. Planlara görə, ordunun sayı 1,5 milyon nəfərə qədər artmalı və NATO ilə sərhəddəki silah və texnikanın həcmi 30-50% artmalıdır. Rusiya Arktikada köhnə bazaları və nüvə poliqonunu bərpa edir. Rusiyada nüvə bunkerləri təmir edilir, ərzaq ehtiyatı toplanır. Rusiya Federasiyası 155 MM mərmi istehsalında Avropanı iki dəfə üstələyir. Rusiya həm də tank istehsalında Avropanı üstələyir. Rusiya tərəfi NATO-nun müdafiə qabiliyyətini NATO-nun Ukrayna ilə sərhədindən yox, Polşanın Suvalki dəhlizi istiqamətindən müəyyən edəcək”.
Bildirilir ki, Rusiyanın hücum ehtimalı 2028-2030-cu illərə qədər yüksək olaraq qalır:
“Bu artıq mümkün olmayan ssenari deyil, bu artıq real ssenaridir. Ukraynadan sonra Putin Rusiyası Baltikyanıda eskalasiyanı artıra bilər. Ehtimal olan versiya isə Rusiyanın birbaşa Baltikyanı ölkələrindən birinə sərhəddən keçidi ola bilər. Ən əsası isə NATO çalışmalıdır ki, Rusiya birinci hücum edən tərəf olmasın. Çünki şimalda bir çox ölkələrin birinci hücuma tab gətirmə gücü zəifdir. Eyni zamanda, Baltik ölkələrində dəyişən strategiya var idi. Artıq hücumdan çəkindirmə əvəzinə birbaşa hücum əməliyyatlarına və ya NATO dəstəyi gələnə qədər Rusiyanı müdafiə xəttində saxlamaq strategiyasına diqqət etmək lazımdır. Rusiyanın raket arsenalı maksimum şəkildə artır və nüvə silahı olmadan Rusiya NATO-nun hava bazalarını hədəf ala bilər. Buna görə də burada NATO bazaların və aerodromların təhlükəsizliyi üçün səyləri artırmalıdır”.
Rafi Müslümov