!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya Ukraynaya reaktiv sistemlər göndərir – Tarix açıqlandı

!Reklam – Yazi

Ukrayna ordusu Almaniyadan göndəriləcək Reaktiv Yaylım Atəşi Sistemləri (RYAS) ilə təchiz ediləcək.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Almaniya bu ayın sonuna qədər Ukraynaya 4 RYAS sistemi göndərəcək.

Almaniya hökumətinin məlumatına görə, raket sistemlərinin göndərişi Bundesverin ehtiyatları hesabına təmin ediləcək.

Qeyd olunur ki, Almaniyadan Ukraynaya RYAS sistemlərinin göndərilməsi ABŞ ilə razılaşdırılıb və ukraynalılara həmin silahlardan istifadə qaydalarını da məhz amerikalı təlimatçılar öyrədəcəklər.

Ehtimallara əsasən, Almaniyanın Ukraynaya göndərəcəyi RYAS-lar ABŞ-nin modernləşdirilmiş MARS II sistemləri olacaq.

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv