Almaniyada Fələstinə dəstək aksiyası qadağan edildi

media-hightechnic-468x90

Almaniyada Fələstinə dəstək aksiyası qadağan edilib.

media-banner_tuq

Paytaxt Berlində keçirilməsi planlaşdırılan Fələstinlə həmrəylik mitinqinə ictimai təhlükəsizlik səbəbi ilə icazə verilməyib.

Bu barədə Berlin polisindən məlumat verilib.

“Fələstinlə həmrəylik nümayişi üçün Berlinin müxtəlif bölgələrində keçiriləcək mitinq və eyni mövzuda yürüşlər, eləcə də onları əvəz edəcək bütün tədbirlər ictimai təhlükəsizlik və asayişə təhdid yaratdıqları üçün qadağan edilib”, – deyə məlumatda bildirilib.
Həmçinin polisin məsələ ilə bağlı mitinq təşkilatçılarını məlumatlandırdığı da qeyd edilib.

Xatırladaq ki, “Fələstin danışır” və “Fələstin Fəaliyyət Komitəsi” kimi müxtəlif fələstinyönlü platformalar Berlində nümayişlərin keçirilməsinə çağırış etmişdilər.

Mənbə: Haber Global

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05