Almaniyanın gizli PLANI: Rusiya ilə mümkün münaqişəyə hazırlıq görülür

media-hightechnic-468x90

Almaniya hakimiyyəti iki ildən artıq müddətdə Rusiya ilə münaqişə aparmaq üçün gizli plan hazırlayıb. 

Yenicag.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Bildirilib ki, planın müddəaları arasında NATO-nun 800 min hərbçisinin Almaniya ərazisi vasitəsilə şərqə yönləndirilməsi də var.

Qeyd olunub ki, Almaniya, ABŞ və digər NATO ölkələrindən olan təxminən 800 min hərbçi qüvvələrin şərqə daşınması üçün Almaniya infrastrukturundan istifadə edəcək. 1,2 min səhifəlik sənəddə hansı limanların, çayların, dəmir və avtomobil yollarının cəlb olunacağı ətraflı göstərilib. Bundan əlavə, planda hökumətin kontingenti ərzaq və ləvazimatla necə təmin edəcəyi, həmçinin yolda necə qoruyacağı təsvir olunub.

Qəzet yazıb ki, belə bir planın mövcudluğu soyuq müharibə dövrünün dəyərlərinə qayıdış və mülki ilə hərbi sahələr arasındakı sərhədlərin silinməsi deməkdir. Bununla yanaşı, sənəddə müasir şərait də nəzərə alınıb: Almaniyanın köhnəlmiş infrastrukturu, müasir qanunların xüsusiyyətləri və silahlı qüvvələrin az saylı olması. Nəşrin qeyd etdiyinə görə, eskalasiya halında ölkə NATO qüvvələri üçün dayaq məntəqəsinə çevriləcək, lakin ön cəbhədə olmayacaq.

Qəzetin məlumatına görə, planlaşdırıcılar problemlərlə üzləşiblər. Müasir Almaniya infrastrukturu təmirə ehtiyac duyur və hərbi məqsədlər üçün yararlı deyil, bu isə qoşunların mobilliyini məhdudlaşdıra bilər. Bundan başqa, planın həyata keçirilməsinə daha sülh dövrünə uyğunlaşdırılmış satınalma və məlumatların qorunması ilə bağlı qanunlar mane ola bilər.

Qəzet bildirib ki, Bundesver (Almaniya Silahlı Qüvvələri) gizli şəkildə xəstəxanaları, polisi, xilasediciləri və avtomagistral operatorlarını mümkün hərbi münaqişəyə hazırlayıb. 2029-cu ilə qədər Almaniya hakimiyyəti nəqliyyat infrastrukturunun modernləşdirilməsinə və onun ikili istifadəyə – mülki və hərbi məqsədlərə – hazırlanmasına 166 milyard avro xərcləməyi planlaşdırır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa