Almazdan QALMAQALLI SÖZLƏR: “Toya 5 “oxran”la gəlir, oxuduğu da “üç badam, bir qoz”
“Toya 5 “oxran”la gəlir, oxuduğu da “üç badam, bir qoz”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Almaz Ələsgərova “Afaqla 10lar” verilişində deyib.
O, yeni çıxan müğənnilərlə də bağlı fikirlərini bölüşüb:
“Yeni çıxan gənclərin mahnı seçimini heç bəyənmirəm. Bəlkə də bəziləri mənim zövqümə uyğun deyil. Ona görə də onları tanımıram və dinləmirəm. Çoxunun da səsi bir-birinə bənzəyir”.
Sənətçi musiqi zövqünün dəyişdiyini təəssüf hissi ilə vurğulayıb:
“Toya 5 “oxran”la gəlir, amma oxuduğu da “üç badam, bir qoz”. İndi zəmanə, zövqlər dəyişib. Kim nə istəyir, oxuyur. Nə qədər ki, bu sosial şəbəkələr var, belə olacaq”.
Nehru