!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alternativ enerji mənbələri: "Atlasın daha sürətlə yaradılması zəruridir"

!Reklam – Yazi

ABŞ Prezidenti Co Bayden açıqlama verib ki, 2021-ci ildə ölkəsində alternativ enerjiyə keçid istiqamətində heç vaxt olmadığı qədər ciddi artım olub. Bu artımdan sonra artıq ölkədə 56 milyon ev təsərrüfatının külək və günəş hesabına enerji təminatı mümkündür. Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sahələrindən birinin energetika sektorunun olduğunu nəzərə alsaq, ölkəmizdə də bu mövzuya maraq müşahidə olunur.

Azərbaycanda alternativ enerjiyə keçidi stimullaşdırmaq üçün zəruri addımlarla bağlı iqtisadçı Eldəniz Əmirov öz fikirlərini Yenicag.az-la bölüşüb.

İqtisadçıya görə, ölkədə alternativ enerjiyə keçidlə bağlı müvafiq addımlar atılır:

“2004-cü ildə ölkəmizdə alternativ bərpa olunan enerji mənbələrindən istifadə olunması ilə bağlı dövlət proqramı qəbul olunub. Bu proqramın icrası üzrə müxtəlif illərdə bir sıra tədbirlər həyata keçirilib. O cümlədən, 2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. 2021-ci ildə isə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəd qəbul olunub. Bu sənəddə məhz alternativ enerji mənbələrinin inkişafına dair məsələlər öz əksini tapıb. Başqa sözlə, alternativ enerji mənbələrindən istifadənin üst səviyyəyə çatdırılması üçün ciddi addımlar atılır. Bunu “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, Qaradağ Günəş Elektrik Stansiyasının işə salınmasında da görürük. Ümumilikdə ölkəmizdə bərpa olunan enerji mənbələrinin potensialı çox yüksəkdir. Belə ki, təxminən 27 milyon vatlıq alternativ enerji potensialı var. Bunun 23000 meqavata qədər günəş enerjisinin, 3000 meqavatı külək enerjisinin payına düşür. Dağ çaylarının payına isə 520 meqavat, bioenerji potensialı isə 380 meqavat təşkil edir. Bu potensiallardan maksimum istifadə olunması üçün kompleks yanaşmaya ehtiyac var. İşğaldan azad olunmuş ərazilərimizdə də böyük potensial mövcuddur. Bu, əsasən, hidroloji potensialdır. Bu baxımdan, həmin ərazilərdə 13 avtomatlaşdırılmış stansiyanın qurulması ilə bağlı müəyyən göstərişlər verilib”.

Eldəniz Əmirov vurğulayıb ki, Azərbaycanda alternativ enerjiyə keçidlə bağlı sənəd olmasa da, bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə üzrə potensial atlasın yaradılması ilə bağlı tapşırıqlar var:

“Bu atlas vasitəsilə respublikanın hansı ərazilərində potensialın daha yüksək olması müəyyən olunacaq. Atlas tam olaraq yekunlaşandan sonra ölkə üzrə alternativ enerji mənbələrinin dəqiq istiqaməti müəyyənləşəcək. İndiki şəraitdə alternativ enerji atlasının daha sürətlə yaradılması zəruridir. Çünki bu atlasın nəticəsində digər işləri yerinə yetirmək mümkündür. Onu da qeyd edim ki, SOCAR-ın enerji brendinə çevrilməsinə ehtiyac var. Belə ki, SOCAR “Oil” brendindən “State Oil Company” brendinə çevrilməlidir. Çünki gələcək alternativ enerji ilə bağlıdır. Bu fonda SOCAR-ın enerji brendinə çevrilməsi ölkənin neftdən asılılığının aradan qaldırılmasına yol aça bilər”.

Gülşən Şərif

www.yenicag.az

955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv