Alyaska sahillərində güclü ZƏLZƏLƏ

ABŞ-ın Alyaska ştatı sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ankoric şəhərindən 185 kilometr cənub-qərbdə, ocağı isə 36,5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılan və xəsarət alanlar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.