AMEA-nın professoru vəfat etdi - FOTO

media-hightechnic-468x90

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Aydın Abiyev vəfat edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, alim 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abiyev 1957-1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb.

Aydın Abiyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abiyev 1978-1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981-1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Alim 1992-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ədəbiyyat və Azərbaycan dili kafedrasının dosenti, sonra professoru olub. 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, həmçinin AMEA-nın Şərq xalqları ədəbiyyatı üzrə dissertasiya Müdafiə Şurasının üzvü olub. Abiyev Azərbaycanda ilk dəfə “Türkiyə ədəbiyyatı tarixi” dərsliyini və “Türk mənşəli şəxs adları sözlüyü” kitablarını nəşr etdirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05