!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikadan Ərdoğana açıq təhdid: “Ölkədən çıxarsa, geri qayıtmaya bilər”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəni tərk edəcəyi təqdirdə, bir daha geri qayıda bilməyəcəyi iddia olunur.

Yeniçağ.az Türkiyə mediasına istinadən xəbər veri r ki, Pentaqonun sabiq əməkdaşı, Maykl Rubin sosial şəbəkədəki hesabından prezident Ərdoğanı təhdid edib.

FETÖ-nun 15 iyul çevriliş cəhdini düzgün proqnozlaşdıran Maykl Rubin özünün “Twitter” səhifəsində Ərdoğana ünvanladığı xəbərdarlıq yerləşdirib:

“İndiki şəraitdə Ədoğanın Türkiyədən ayrılması risk sayıla bilərmi? Onun geri qayıtmamaq ehtimalı varmı?”
Onun bu qeydləri Ərdoğanın ABŞ-a bir neçə gün sonra baş tutacaq səfərindən əvvəl ona ünvanlanan təhdid kimi qiymətləndirilib.

Qeyd edək ki, ABŞ Xarici Əlaqələr Şurasının sədri Riçard Haass da dünən özünün “Twitter” hesabında Ərdoğanı qıcıqlandıracaq status paylaşıb:

“Tramp administrasiyasının Suriya kürdlərini silahlandırmasını görmək çox xoşdur. Avtoritar rejimini və Suriyadakı faydasız rolunu nəzərə alsaq, (Prezident Rəcəb Tayyib Ərdoğan) səfərini ləğv edərsə, bu, böyük itki sayılmaz”.

Yeniçağ.Az

www.yenicag.az

1192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv