Amerikalı analitikdən Alyaska görüşünə BAXIŞ: “Nəticəsini heç kim əminliklə proqnozlaşdıra bilməz”

media-hightechnic-468x90

“Bu gün keçiriləcək danışıqların dəqiq nəticəsini heç kim əminliklə proqnozlaşdıra bilməz. Lakin həm Rusiya, həm də ABŞ açıq şəkildə bildiriblər ki, Ukrayna münaqişəsi ilə bağlı maksimalist hədəflərindən güzəştə gedə biləcəkləri bir kompromis mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiyada yaşayan amerikalı politoloq Endryu Koribko deyib.

media-endryu-koribko1

Analitik bu gecə ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində baş tutması gözlənilən Vladimir Putin-Donald Tramp görüşü ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, əgər bu baş verərsə, hansı formada olmasından asılı olmayaraq, bu, tərəflərin münaqişə ərzində və son diplomatik səyləri nəticəsində ən azı bəzi məqsədlərini təmin edən nəticələr əldə etməsi sayəsində mümkün olacaq:

“Belə halda, tərəflər ABŞ-nin nümunəsində olduğu kimi, (məsələn, Ukraynanın 1991-ci il sərhədlərinin bərpası – red.) bəzi hədəflərin reallaşmasının mümkünsüz, yaxud Rusiyanın nümunəsində olduğu kimi, (məsələn, Ukraynanın bütün ərazisində hərbiləşmədən tam imtinanın təmin olunması – red.) həddindən artıq baha başa gələcəyini qəbul edə bilərlər. Bu durumda münaqişəni heç olmasa müvəqqəti olaraq donduran və enerji, nadir torpaq elementləri kimi resurs sazişlərini, həmçinin silahlara nəzarət danışıqlarının bərpasını nəzərdə tutan yaxınlaşma üçün əsas yaradan praqmatik kompromis mümkündür”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa