Amerikansayağı təbliğat maşınının İFLASI: "Artıq ABŞ daxilində də bu qurumların fəaliyyətinə qarşı addımlar atılır"

media-hightechnic-468x90

“Bu radiolar konkret olaraq Azərbaycanın dövlət maraqlarının əksinə fəaliyyət göstərərək cəmiyyətdə fikir aydınlığı yaratmağa çalışırdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun fəaliyyətinin dayandırılmasının səbəb və nəticələrini şərh edərək bu kanalların fəaliyyət məqsədini izah etməyə çalışıb:

“Biz “Amerikanın Səsi”, “Azadlıq Radiosu”nun fəaliyyətini təhlil etdikdə, bu radionun uzun illərdir fəaliyyət göstərdikləri ölkələrin daxilində davamlı olaraq siyasi hakimiyyəti tənqid etmək və həmin ölkələrin daxili işlərinə qarışmaq xəttinin davam etdirdiklərini müşahidə edirik. Bu radiolar yaradıldığı dövrdən digər dövlətlərə qarşı siyasi təzyiq aləti kimi istifadə olunub və davamlı olaraq müxalifətin dəstəklənməsi və hakimiyyətə qarşı təzyiqlərin artırılması istiqamətində səylər göstərilib. Azərbaycanda fəaliyyət göstərdikləri dövrdə də biz bu kanal və radioların Azərbaycan dövlətinə və xalqına qarşı davamlı olaraq müxtəlif kampaniyalar həyata keçirdiyini görürük. Müxalifət partiyası altında tənqidi mövqe tutduqlarını iddia edərək eyni cür addımları davam etdirirlər”.

Millət vəkili hesab edir ki, Azərbaycan hökuməti zamanında bu kanalların fəaliyyət məqsədini öncədən görərək lazımi addımlar atmağa nail olmuşdu:

“İllər öncə Azərbaycan vaxtında bu qurumlarla bağlı bir sıra qərarları qəbul etmiş, onların Azərbaycanda yayımlanması ilə bağlı bugünkü proseslər və proseslərin hansı məcraya yönələ biləcəyi bilinərək Azərbaycan hökuməti bununla bağlı müəyyən addımlar atdı. İndi biz özümüz də görürük ki, artıq ABŞ daxilində də bu qurumların fəaliyyətinə qarşı addımlar atılır. ABŞ dövlətinin hazırkı administrasiyası da bu radio və televiziyanın fəaliyyətindən narazıdır və bunun da bir çox subyektiv ciddi səbəbləri var. Azərbaycanda onların fəaliyyətinin dayandırılması prosesinə gəldikdə isə bu radiolardan Azərbaycanın əleyhinə və Azərbaycanın həyata keçirdiyi siyasətə qarşı yönəlmiş cəhdlər və addımların qarşısı alınacaq. İnsan hüquqları qorunması pərdəsi altında ölkəmizin daxili işlərinə qarışmaq üçün göstərilən səylər də aradan qalxacaq”.

Bu kanalların fəaliyyətinin dayandırılması sonrası barədə danışan C. Məmmədov onu da qeyd edib ki, bu, cəmiyyətdə zərərli fikirlərin azalmasına gətirib çıxaracaq:

“Təbii ki, bu hər iki radionun bağlanması, eyni zamanda, ölkəmizin daxilində cəmiyyətə zərərli mesajların azaldılmasına da öz töhfəsini verəcək. Bu radiolar nə qədər insan hüquqlarının müdafiəsi ilə məşğul olduqlarını iddia etsələr də, reallıqda onlar daha çox fəaliyyət göstərdikləri ölkələrdə, o cümlədən Azərbaycanda hakimiyyətə təzyiq göstərərək yarandıqları dövlətlərin maraqlarını təmin etmək və ölkəmizə qarşı təzyiq göstərmək vəzifəsini də yerinə yetirirdilər. Cəmiyyətdə gərginlik yaradırdılar, əksər hallarda Ermənistanın mövqeyini dəstəkləyirdilər, Azərbaycana qarşı ədalətli mövqe sərgiləmirdilər və davamlı olaraq qarayaxma kampaniyası aparırdılar. Hesab edirəm ki, bu addımlardan sonra biz fərqli bir situasiyanın, fərqli bir mənzərənin şahidi ola biləcəyik”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600