Ana oğlunu balta ilə doğradı

media-hightechnic-468x90

jiuioZərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib Rusiya Federasiyasının Başqırdıstan Respublikasında 70 yaşlı qadın öz oğlunu ailə-məişət münaqişəsi zəminində qətlə yetirib.

Oğluna alkoqollu içkilərdən uzaq durmağı tövsiyə edən qadın eşitdiyi təhqiramiz cavabdan qəzəblənərək, ona balta ilə çoxsaylı zərbələr endirib.

İstintaqın versiyasına görə, oğlunu öldürməkdə təqsirləndirilən yaşlı qadın iyunun 17-də – hadisə baş verən ərəfədə Şafranovo kəndində, evdə 50 yaşlı oğlu ilə birlikdə olub.

Yaşlı qadın övladına həddən artıq spirtli içki içdiyinə görə, xəbərdarlıq edib, oğlu isə bunun müqabilində anasını təhqir etməyə başlayıb. Səbri tükənən yaşlı qadın baltanı əlinə alıb və oğlunun başına bir neçə zərbə endirib.

Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600