Ana ölümlərinin səbəbləri nədir?

media-hightechnic-468x90

uAna ölümü ilə bağlı hər konkret halın səbəbləri araşdırılır.

Bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında cıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu ilin 5 ayı ərzində ölkəmizdə 63 minə qədər doğuş olub: “Təəssüf ki, ana ölümləri də baş verib. Hər bir belə hadisə bizim üçün faciədir. Hər konkret halın səbəbləri araşdırılır, ana ölümlərinin tamamilə qarşısının alınması üçün müvafiq tədbirlər görülür”.

Səhiyyə naziri bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin profilaktik müayinələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Həmin müddət ərzində 5 milyon 240 min insanın profilaktik müayinələrlə əhatə edildiyini, onlardan 200 min nəfərdən artıq pasiyentdə müxtəlif xəstəliklərin aşkarlandığını bildirib, belə şəxslərin ambulator və ya stasionar müalicəyə cəlb olunduğunu vurğulayıb.

Nazir bu ilin yanvar-may ayları ərzində ambulator-polikli­nik şəbəkəyə ümumilikdə 25 milyon müraciətin daxil olduğunu, 400 minə qədər insanın müxtəlif xəstəxanalarda müalicə edildiyini deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600