Ana qəza törətdi, əri ilə qızı öldü

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi oktyabrın 2-də Şamaxıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri – əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini – Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, “Qafqazinfo” dünən qəzada ölən və yaralananların kimliyi ilə bağlı məlumat yaymışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05