Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Anar Əsədli Ankara Böyük şəhər Bələdiyyə Başqanı Mansur Yavaşla görüşdü - FOTO

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədlinin Türkiyədə görüşləri davam edir.

Başqan Anar Əsədli, Başqanın Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət bu gün Ankara Böyük şəhər Bələdiyyəsi Başqanı Mansur Yavaşla görüşüblər.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsindən danışılıb, Türkiyənin Azərbaycana dəstəyi xüsusi vurğulanıb.
Anar Əsədli başqanı olduğu partiyanın yerli özünü idarəetmə orqanlarına böyük önəm verdiyini deyib, Azərbaycanda bələdiyyələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.

Mansur Yavaş Türk Dünyası ilə əlaqələrə önəm verdiklərini, bir çox Türk dövlətinə səfərlər edərək əlaqələr qurduqlarını, Azərbaycan ilə də belə əlaqələrin yüksək səviyyədə yaradılmasını arzu etdiklərini dilə gətirib.

Görüşdə səsləndirilən arzu və təkliflərə uyğun olaraq tərəflər arasında bələdiyyəçillik təcrübəsinin bölüşülməsi, Azərbaycanda Türkiyə modelinin öyrənilməsi, AY Partiyanın və Ankara Böyük şəhər Bələdiyyəsinin müvafiq şöbələrinin əməkdaşlığının davam etdirilməsi üzrə niyyət razılığı əldə olunub.

Tərəflər iki ölkənin yerli idarəetmə orqanlarının qardalaşması və sıx əməkdaşlığı ilə bağlı həmfikir olduqlarını bildirib.

AY Partiya Başqanı Mansur Yavaşa Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı, Bələdiyyə Başqanı isə Anar Əsədliyə Beypazarı ustalarının əl işi olan ay-ulduzlu qələm təqdim edib və Azərbaycan xalqına salamlarını çatdırmağı xahiş edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Loading...

www.yenicag.az

197