Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
Yenicag.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.
Vüqar Hüseynov isə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə müdir təyin olunub
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb və tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və ləğv edilən 26 MMC daxildir.
Qeyd edək ki, Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib. Hər iki qurumda çalışdığı müddətdə Anar Hüseynov media ilə münasibətləri, səmərəli əməkdaşlığı ilə seçilib.
www.yenicag.az