Boşanacaqları gözlənilən Ancelina Coli və Bred Pit hər kəsi təəccübləndiriblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 41 yaşlı Coli Bredə zəng vuraraq “müvəqqəti barışıq” istəyib. Buna səbəb isə cütlüyün uşaqlarının, xüsusi ilə də Şilohun anasına yalvarmasıdır. Coli aktyordan Şükran günündə və daha sonrakı bayramlarda bir araya gəlməyi xahiş edib.
“OK” jurnalı bildirir ki, cütlüyün ilk doğma övladları olan 10 yaşlı Şiloh uzun müddətdir anasına və atasına ən azından bayram günlərində əvvəlki kimi olmaları üçün yalvarır. Jurnalın iddiasına görə, balaca qız hər iki valideyninə kövrək cümlələrlə məktub yazaraq bayramı birgə keçirmək arzusunu bildirib
Bundan sonra Coli rəhmə gələrək “Düşünürəm ki, bu, bizim üçün yaxşı olar” deyib.
www.yenicag.az