"Andiçmə mərasimlərində hərbi hissələrə gəlməməyi xahiş edirik" - MN

media-hightechnic-468x90

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”, – MN-in məlumatında deyilir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600