!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankara ilə Tel-Əviv arasında İSTİ TƏMAS: "Türkiyənin dövlət maraqları bunu tələb edir" - ŞƏRH

!Reklam – Yazi

“Türkiyə dövləti pərdə arxasında İsraillə danışıqlar aparır, məsləhətləşmələr yürüdürdü”.

Bu fikirləri noyabrın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail prezidenti İshak Hersok arasında baş tutan telefon danışığının iki ölkə arasındakı münasibətlərin normallaşdırılması baxımından önəminə toxunarkən beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

İsraillə Türkiyə arasındakı diplomatik münasibətlərin tarixinə toxunan Teymur Qasımlı pərdəarxası danışıqların pandemiya dönəmində qarşılıqlı yardımlarda öz əksini tapdığını bildirib:

“İsrail dövləti yaranandan Türkiyədə AKP iqtidara gələnə qədər hər iki ölkə arasında normal, hətta yaxşı münasibət olub. Ərdoğan hakimiyyətə gəldikdən sonra isə bu münasibətlər enişli-yoxuşlu olub. Əsasən, İsrail-Fəlsətin məsələsinə görə gərginləşən münasibətlər Marmara hadisəsinə görə daha da pozuldu. Bilirsiniz ki, Türkiyə Fələstinə yardım apararkən İsrail ordusu Marmara dənizində həmin gəmini mühasirəyə almış, oradakı insanları həbs etmiş, ölənlər olmuşdu və sairə. Nəticə etibarilə hər iki ölkə səfirlərini geri çağırdı. Sonrakı dönəmdə Suriya ilə Egey və Aralıq dənizlərindəki proseslər Türkiyə əleyhinə inkişaf etdiyinə görə Türkiyə dövləti pərdə arxasında İsraillə danışıqlar aparır, məsləhətləşmələr yürüdürdü, lakin yüksək dövlət rəsmiləri arasında danışıqlar olmurdu. Bu məsləhətləşmələr pandemiya dönəmində qarşılıqlı yardımlarda öz əksini tapdı.

Türkiyənin bölgədə ağır sınaqlardan keçdiyi zamanda ölkə başçılarının telefonla danışması ilə yaxınlaşma məsələsi yenidən gündəmə gəldi. Türkiyəli ekspertlər də bildirirdilər ki, İsraillə münasibətlər bərpa edilməlidir. Çünki İsrail Türkiyəyə qarşı Yunanıstan, Kipr-rum qismilə və Misirlə yaxınlaşmışdı”.

Ekspert Türkiyənin dövlət maraqlarının İsraillə münasibətlərin normallaşdırlmasını tələb etdiyini vurğulayıb:

“Ərdoğanın iqamətgahının fotolarını çəkən iki İsrail vətəndaşının saxlanılması və diplomatik təmaslar nəticəsində onların sərbəst buraxılması təmin edildi. Bundan sonra İsrail prezidenti Ərdoğanla danışaraq ona öz təşəkkürünü bildirib, ikitərəfli və regional məsələlər müzakirə olunub.

Düşünürəm ki, Türkiyə Respublikası pərdəarxasından apardığı danışıqlardan sonra gerçəkləşdirilən bu telefon görüşməsi ilə münasibətlərin normala dönəcəyinə ümid etmək olar. Çünki Türkiyənin dövlət maraqları bunu tələb edir”.

Aqil Bəkir

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv