Türkiyənin paytaxtı Ankarada manqal yandırılması və fişəng atılması qadağan edilib.
Yenicag.az xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş bununla bağlı sosial media hesabından paylaşım edib.
Türkiyənin meşə yanğınları ilə mübarizə apardığını qeyd edən Yavaş paytaxtda manqal yandırılması və fişəng atılmasının qadağan edildiyini açıqlayıb.
“Ankarada fişəng istifadə edilməsi və bələdiyyəmizə aid ərazilərdə manqal və tonqal yandırılmasına fasilə veririk. Tədbirlərə hamılıqla riayət edərək bu günləri geridə qoyacağıq”, – deyə bələdiyyə sədri bildirib.
www.yenicag.az