!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankarada Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar aparılır

!Reklam – Yazi

Bu gün Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar keçirilir.

Danışıqlarda Rusiya tərəfini təmsil edən Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkin Ankaraya uçub.

Görüşlə bağlı öncədən ictimaiyyətə açıqlama verilməyib. Məlumat verən mənbə hələlik danışıqların təfərrüatını açıqlamaqdan imtina edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ankarada danışıqlar barədə məlumatı nə təsdiq, nə də təkzib edə bilər.

Sonuncu dəfə Rusiya və ABŞ nümayəndə heyətləri bu il yanvarın 10-da Cenevrədə təhlükəsizlik təminatlarına dair danışıqlar üçün görüşüblər. Yanvar danışıqları prosesinin praktiki nəticələrinin olmaması çox vaxt Ukraynada müharibənin başlanması üçün diplomatik müqəddimə kimi qiymətləndirilir.

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv