!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antarktikanın qaranlıq gələcəyi ilə bağlı PROQNOZ: "Ekstremal hadisələr qaçılmazdır"

!Reklam – Yazi

Kəskin iqlim dəyişikliyi səbəbindən buzlu qitədə ekstremal hadisələr qaçılmazdır.

Yenicag.az xəbər verir ki, alimlər, qəti tədbirlər görülməzsə, Antarktidada ekstremal hadisələrin daha da pisləşəcəyi proqnozunu səsləndirib.
Alimlərin yeni araşdırmasında dəniz buzunun rekord səviyyədə aşağı olması, buz kütlələrinin çökməsi və səthin temperaturunun orta səviyyədən 38,5°C yuxarı qalxması təhlükəli problemlər kimi göstərilib.

Qlobal istiləşməni məhdudlaşdırmaq üçün təcili və qəti tədbirlərə ehtiyac var. Əgər tədbir alınmazsa, Antarktidada gələcək ekstremal hadisələr qaçılmaz olacaq. Artıq müşahidə edilən fövqəladə dəyişikliklər gələcəyin daha pis olacağı haqda proqnoz yürütməyə imkan verir.

İngilis Antarktika Tədqiqatının qütb iqlimşünası, tədqiqatın həmmüəllifi Dr.Karolin Holmsa görə, hər il fevral ayının minimumları ilə sentyabr ayının ən yüksək səviyyəsi arasında dəyişən Antarktika dənizində buz nisbətləri son illərdə azalmaqdadır:

“İqlimin necə dəyişdiyini görmək üçün son 7 il ərzində yay fəslinin minimum üç dəfə yeni istilik rekorduna baxmaq kifayətdir. Dəniz buzunun həcmi 2022-ci ilin iyulunda ən aşağı səviyyəyə çatdı. Bu, əvvəlki müşahidələrimizdə gördüklərimizdən üç dəfə daha yüksək rekord idi”.

Tədqiqatın həmmüəllifi, Lids Universitetinin dosenti Anna Hoqq isə bildirib ki, Antarktika quru buzlarının miqdarı 1990-cı illərdən bəri azalıb:

“1992-2020-ci illər arasında Antarktika və Qrenlandiyanın buz təbəqələrinin əriməsi qlobal orta dəniz səviyyəsinin 2,1 sm qalxmasına səbəb olub. Gələcək üçün proqnozlar “ən pis vəziyyət ssenarisinə uyğundur”.

Xatırladaq ki, tədqiqat “Frontiers in Environmental Science” jurnalında dərc olunub.

Nəsimi Ələsgərli

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv