Aparıcı ilə müğənni arasında SÖZ DAVASI: “Həyatında nə qələt edibsə, efirdə deməlidir?”
“Bizdə müğənni “sevgili” sözünü efirdə deməyə utanır. Qorxur, çəkinir ki, onun haqqında pis fikirləşərlər. Biri çıxıb deyəndə ki, filankəsin sevgilisi var, başlayırlar onu qınaq obyektinə çevrməyə. Bir insanın şousu, görüntüsü, geyimi, sənəti qalır qırağa, başlayırlar, “ay bu nə dedi, nə etdi”.
Yenicag.az xəbər verir ki, müğənni Nura Surinin “Xəbərin var” verilişində söylədiyi bu fikirlər efirdə qarşıdurma yaradıb.
Sənətçinin bu sözləri aparıcınını qıcıqlandırıb:
“Müğənni çıxıb efirdə deyirsə ki, evli kişidən uşaq doğmuşam, filankəsin həyat yoldaşı ilə sevgiliyəm qınanılmasın?”
Nura ona cavab olaraq bu məsələdə aparıcıları qınayıb:
“O sualı verən aparıcıda da günah görürəm. Müğənninin işi oxumaqdırsa, onu oxudun, danışdırmayın”.
İsa Şükürov isə “aparıcı hər hansı müğənniyə sual ünvanlayır. Amma vacibdirmi o, həyatında nə yaşayıbsa, nə qələt edibsə, “mən bunu etmişəm” desin?” deyərək qarşı tərəfi fakt qarşısında qoyub.
Cəvahir