“Aparıcı mənə elə bir söz dedi ki…” – Sevda niyə efirə ÇIXMIR?
“Verilişə çıxıram, aparıcılar bir kəlmə elə söz işlədirlər, çox qəlbimə toxunur, çox incidir məni”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanalıyeva “Tarixin bir günü” verilişində deyib.
Müğənni bir ildən artıqdır ki, efirlərə çıxmamasının səbəbini də açıqlayıb.
“Bir kəlmə sözdən küsüb kənara çəkilən insanam. Mənim üçün nə efir vacibdir, nə də karyera. Mənim üçün dəyərli olan şeylər var. Yalnız ailə dəyərləri mənim üçün önəmlidir. Hansısa verilişə çıxanda düşünüb-daşınıb çıxıram. Deyirəm, elə şeylər var, özəldir, onlara toxunmayın, çünki uşaqlarım böyüyür, çox həssasdırlar, hər şeyi ürəklərinə toxunur.
Verilişə çıxıram, aparıcılar bir kəlmə elə söz işlədirlər, qəlbimə toxunur, çox incidir məni. Sonuncu dəfə də elə oldu, dəfələrlə söz verdilər ki, bir dənə də olsun şəxsi sual olmayacaq. Çünki bilirlər ki, bu, mənim həssas yerimdir. Sevə-sevə çıxdım verilişə, 5 dəqiqə keçməmiş elə bir söz dedilər ki, onları pis vəziyyətdə qoymamaq üçün durub efirdən getmədim”.
Nehru