!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aparıcılar və qonaqlar efirə çılpaq çıxacaq - FOTO

!Reklam – Yazi

BBC Radiosu qeyri-adi proqramın yayımına start verib.

Yenicag.az xəbər verir ki, “Naked Podcast” (Çılpaq yayım) adlı veriliş 10 gün ərzində və bir saat müddətində davam edəcək. Əsasən qadınlara, onların bədənləri ilə bağlı komplekslərinə həsr olunan verilişi Cenny Yels və Kat Harbourn adlı iki xanım aparacaq.

Verlişin qeyri-adi tərəfi isə ondan ibarətdir ki, aparıcılar və bura qatılan qonaqlar çılpaq olacaqlar.

“Kat belə bir təklif etdi və mən də razılaşdım. Çılpaqlıq və cəsurluğun  möhtəşəm bir hiss olduğunu düşündüm. İnsanların çılpaq halda duyğularını və ürəyindəkiləri  necə büruzə verdikləri görmək istədik”, – deyə Cenny bildirib.

Aparıcılar hazırladıqları bu proqramın məqsədinin bədən və çılpaqlıqla bağlı bir sıra stereotipləri qırmaq olduğunu da dilə gətiriblər.

 

 

www.yenicag.az

4505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv