Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Apple" "iPhone XR"in istehsalını azaldır - SƏBƏB

Apple şirkəti iPhone istehsalı ilə məşğul olan zavodlara iPhone XR modelinin istehsalatını azaltmaq təlimatını verib.

Yenicag.az xəbər verir ki, bunun əsas səbəbi isə alıcılar tərəfindən iPhone XR modelinə gözlənildiyindən daha az olan tələbatlarıdır. Nikkei saytının məlumatına əsasən Foxconn zavodunda iPhone XR istehsalı üçün 60 istehsalat xətti istifadəyə verilsə də, onlardan ancaq 45-i fəaliyyət göstərir.

Apple şirkəti Foxconn-a təlimat verib ki, çoxlu sayda iPhone XR istehsal etməyə ehtiyac yoxdur.

Foxconn gün ərzində cəmi 100.000 smartfon istehsal edəcək. Belə ki, əvvəlki proqnozlardan fərqli olaraq iPhone XR modelinə olan tələbat 20-25% aşağı olub. Eyni vəziyyət ilə həmçinin Pegatron zavodu da rastlaşıb. Məlumata əsasən zavodda iPhone XR istehsalatının böyüdülməsi üzrə planlar hələki dayandırılıb.

iPhone XR-ə olan tələbatın aşağı düşməsi iPhone 8 ilə iPhone 8 Plus modellərinin qiymətlərinin aşağı düşməsi ilə bağlıdır. Alıcılar öz vəsaitlərinə qənaət edərək əvvəlki iPhone modellərinin alınmasına üstünlük verirlər. Bu səbəbdən Apple şirkəti iPhone 8 ilə iPhone 8 Plus modellərinin istehsalat miqyasnın böyüdülməsi təlimatını verib. Beləliklə sözügedən modellər 1 rüb üçün 20 milyon deyil 25 milyonluq tiraj ilə istehsal olunacaqlar.

www.yenicag.az

11824
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100