“Siz eşitmirsiniz, amma cihaz eşidir” – Kaspersky ağıllı köməkçilərlə bağlı XƏBƏRDARLIQ ETDİ

media-hightechnic-468x90

Süni intellekt və ağıllı  cihazların gündəlik həyatda istifadəsi artdıqca, təhlükəsizlik riskləri də paralel olaraq çoxalır.

Yenicag.az xəbər verir ki, Kaspersky Süni İntellekt Texnologiyaları Araşdırma Mərkəzinin komandası, yaxın gələcəkdə televiziya və radio üzərindən şəxsi köməkçilərə səssiz komanda göndərilməsi ehtimalına diqqət çəkir.

Mərkəzin rəhbəri Aleksey Antonov bildirib ki, Apple Siri və Google Gemini kimi şəxsi köməkçilər yalnız adi səs tezliklərini deyil, insanın eşidə bilmədiyi daha yüksək və ya aşağı tezlikli siqnalları da qəbul edə bilir. Bu isə onların siberhücumlara qarşı həssaslığını artırır.

“Siz eşitməsəniz də, cihaz eşidir”

Antonov qeyd edib ki, bu cihazlar televizor və radio kimi kütləvi informasiya vasitələri vasitəsilə səssiz şəkildə komanda ala bilər. “Səs siqnallarının arxasına məlumat yerləşdirmək mümkündür. Bu siqnallar insan tərəfindən eşidilməsə də, cihaz tərəfindən qəbul edilir. Nəticədə səsli təsdiq tələb etməyən cihazlara uzaqdan əmr vermək olar”, – deyə o bildirib.

Deepfake texnologiyası da təhlükə saçır

Antonov həmçinin, süni intellektlə yaradılan deepfake texnologiyasının yaratdığı təhdidlərə də toxunub. Onun sözlərinə görə, təkcə bir foto və ya qısa bir səs nümunəsi ilə real görsənən videolar və ya səslər yaratmaq artıq mümkündür.

“Beş dəqiqəyə bir foto üzərindən saxta görüntü yarada bilərəm. Qısa bir səs yazınızla səsinizi təqlid edə bilər və sizi ailə üzvlərinizin siması ilə axtara bilərəm – insanlar bunun fərqinə belə varmaz”, – deyə Antonov xəbərdarlıq edib.

Bununla belə, o qeyd edib ki, süni intellektin imkanları hələ də məhduddur:

“Süni intellekt müəyyən tapşırıqları yerinə yetirə bilir, lakin onun nə motivasiyası, nə də anlayışı var. Yəni bu, əslində zəif bir zəka formasıdır.”

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600