“Apple” sensor ekranlı noutbuk buraxacaq
“Apple” şirkəti 2027-ci ildən gec olmayaraq sensor ekranlı noutbuk təqdim edəcək.
Yenicag.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.
İnsayder Mark Qurmanın sözlərinə görə, “MacBook Pro”nun yenilənmiş versiyası 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində çıxacaq. Yeni noutbuklar (seriya müxtəlif ekran ölçülərinə malik iki modeldən ibarət olacaq) M6 prosessoru ilə təchiz olunacaq.
Toxunma ekranına baxmayaraq, yeni “MacBook Pro”larda fiziki klaviatura və trekpad olacaq.
Beləliklə, toxunma nəzarəti əsas deyil, köməkçi olacaq.