!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Abbas: "Öz telekanallarımızla necə vuruşacağımızı düşünməliyik"

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən plenar iclasında özəl telekanalların fəaliyyəti sərt tənqid olunub.

Yenicag.az xəbər verir ki, plenar iclasda çıxış edən millət vəkili Aqil Abbas Azərbaycandakı özəl telekanalların əxlaqsızlıq təbliğ etdiyini bildirib.

Aqil Abbas Milli Məclisin sədri Oqtay Əsədova müraciət edərək Milli Televiziya və Radio Şurasına özəl telekanalların bu kimi fəaliyyətlərinə görə cəzalandırılması üçün səlahiyyət verilməsinə  dair çağırış edib:

“Hörmətli sədr, AzTV, Mədəniyyət TV və İctimai TV istisna olmaqla, digər kanallar bu xalqa nə göstərir, nəyi təbliğ edir, heç cür başa düşülmür. Hətta Ramiz Mehdiyevlə Əli Həsənovun özəl telekanalların fəaliyyətinə dair geniş məqalələrlə çıxış etməsi də həmin telekanalların fəaliyyətinə təsir göstərməyib. Hansı telekanalı açırsansa, gəlin-qaynana davası, kimsə kimisə axtarır, bu kimi şeylər göstərilir. Cəmiyyəti düşündürəcək bir dənə də olsun veriliş yoxdur. Buna görə də hesab edirəm ki, Milli Televiziya və Radio Şurasına özəl telekanalların bu kimi fəaliyyəti barəsində ölçü götürülməsi üçün səlahiyyət verilməlidir. Özəl telekanallar bir çox hallarda  əxlaqsızlığı təbliğ edirlər. Öz telekanallarımızla necə vuruşacağımızı düşünməliyik”.

Aqil Abbas sonda qeyd edib ki, artıq camaat uşağını Azərbaycan kanallarına baxmaması üçün rus məktəblərinə qoyur ki, uşaq rus dilini öyrənib, rus kanallarına baxsın.

COP29

www.yenicag.az

7088
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv