!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Balasanyanla şəxsən görüşmüşəm, qorxduğu yeganə adam..." - Millət vəkili

!Reklam – Yazi

“Qarabağdakı ermənilər Arayiklə Rubenin əlindən boğaza yığılıblar”.

Bu sözləri Vitali Balasanyanın separatçı rejimdən uzaqlaşdırılması, Qarabağda yaşayan ermənilərin Azərbaycan tərəfinə keçmə ehtimallarını dəyərləndirən millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

Aqil Abbas bildirib ki, Vitali Balasanyanı Arayik Arutyunyanla Ruben Vardanyan bilərəkdən göndərib:

“Ermənilərin Azərbaycan tərəfinə keçmə ehtimallarını görmürəm, ancaq dəqiq bilirəm ki, orada yaşayan ermənilər Arutyunyanla Vardanyanın əlindən boğaza yığılıblar. Ermənilər Arayiklə, Rubendən qorxurlar. Yoxsa onlar çoxdan bu məsələnin bitməsini istəyərdilər.

Vitali Balasanyanı Arayiklə Ruben bilərəkdən göndərdi. Sabah hansısa bir təxribat olacağı təqdirdə, deyəcəklər ki, biz yox, o edib. Balasanyan Arayikdən də, Rubendən də hörmətli adamdır. Balasanyanı mən də tanıyıram. Şəxsən onunla əsir dəyişəndə görüşmüşəm. Balasanyan onların ovaxtkı xalq cəbhəsinin lideri idi. Bu gün generaldır. Balasanyanın qorxduğu yeganə adam Allahverdi Bağırov idi.

O, indi ermənilərin milli qəhrəmanıdır. Bizdə bütün igidləri öldürdülər, ya da həbsə atdılar. Küçə adamı gəlib general oldu”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2903
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv