Aqşin Fateh KİMƏ SƏSLƏNDİ? – “Mənə heç kim hədə-qorxu gələ bilməz”
“Dedilər ki, Aqşinə qadağa qoyublar, Aqşinə hədə-qorxu gəliblər və buna görə də sənətdən gedib”.
Yenicag.az xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh “Bir gün” verilişində deyib.
Bir müddət öncə sənətinə fasilə verən Aqşin haqqında gəzən söz-söhbətlərə aydınıq gətirib:
“Bir müddət öncə, bəzi şeylər baş verdi və mən sənətdən getmək yox, kənara çəkilməyə qərar verdim. Özümlə bağlı səbəb idi. Dedilər ki, Aqşinə qadağa qoyublar, Aqşinə hədə-qorxu gəliblər və buna görə də sənətdən gedib. Belə şayiələri eşidib yenidən sənətlə məşğul olmağa başladım. Heç kim mənə və sənətimə qadağa qoya bilməz. Allahdan başqa heç kimdən qorxum yoxdur. Mən özüm istədiyim halda sənətdən imtina edə bilərəm”.
Nehru