Araq butulkası ilə adam öldürənə hökm oxundu

Tanışını araq butulkası ilə öldürməkdə təqsirləndirilən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə S.İsmayılov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Xaçmaz rayonunda baş verib. Rayonda fəhlə kimi çalışan S.İsmayılov kafeyə gəlib və tanışı Əlihüseyn Əzizli ilə yeyib-içiblər. Daha sonra Ə.Əzizli spirtli içkinin təsirindən S.İsmayılova nalayiq ifadələr söyləyib. S.İsmayılov da stolun üstündə olan 0.7 litrlik araq butulkasını Ə.Əzizlinin başına çırpıb.

Ə.Əzizli bu zərbədən xəsarətlər alıb. O, təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib və 3 gün sonra ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan S.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb.

COP29