RƏSMİ: ADY-dən yanacaq mənimsəyən şəxs həbs edildi

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC-nin iki il əvvəl həyata keçirdiyi daxili nəzarət tədbirləri nəticəsində yanacaq və yağın mənimsənilməsi ilə bağlı müəssisəyə külli miqdarda ziyan vurulması faktı üzrə iki vəzifəli şəxs həbs edilib.

Yenicag.az bu brədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, 2 il öncə ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib.

ADY bununla bağlı Baş Prokurorluğa müraciət edib və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İstintaq zamanı müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 6 iyun 2023-cü il tarixləri arasında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş reysləri daxil edərək təminat məntəqəsindən yanacaq və yağ götürməklə onları mənimsəyiblər. Nəticədə ADY-yə külli miqdarda maddi ziyan dəyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsi və qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib.

“Eyni zamanda görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslər tərəfindən ADY-yə məxsus ərazilərdə oğurluq və oğurluğa cəhd halları 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb, bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 %-inin, 2024-cü ildə isə 70 %-inin qarşısı vaxtında alınıb.

ADY qanunsuz hallarla mübarizə və əmlakın qorunması istiqamətində nəzarət tədbirlərini gücləndirməyə davam edəcək”, – məlumatda deyilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa