“Araz” marketdə müştəri aldadıldı, məhkəməyə verildi

media-hightechnic-468x90

“Araz Supermarket” məhkəməyə verilib.
Yenicag.az xəbər verir ki,  marketlər şəbəkəsinin Siyəzən rayon filialında müştərinin aldadılıb. Buna görə də supermarket barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Siyəzən rayon Məhkəməsinə göndərilib.
Həmin maddə əsasında fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir./ Lent.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600