Zemfira SƏRT DANIŞDI: "Küsmürəm, o adamı birdəfəlik silirəm"
“Buğa bürcündənəm, mən “bitdi” dedimsə, demək ki, bitmişdir”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Zemfira İbrahimova “İbo şou” verilişində deyib.
Sənətçi insanlarla məsafə saxladığını bildirib:
“Heç kimlə küsülü deyiləm, bəli, inciklərim olub, onların da cavabı verilib. Mən küsəndə birdəfəlik silirəm, daha o adamı tanımıram. Yəqin ki, bu da mənim bürcümdən irəli gəlir. Buğa bürcündənəm, mən “bitdi” dedimsə, demək ki, bitmişdir. Ondan sonra nə olur, nə olmur, o adam nə eləsə də, xeyri yoxdur, mənim üçün bitmişdir. Xasiyyətimi bildiyim üçün də çalışıram insanlarla məsafə saxlayım ki, o həddə gəlib çatmasın”.
Nehru













