Vüsaldan QINAQ ATƏŞİ: "Sənəti o qədər cılızlaşdırıblar ki, baxanda..."
“Toyxanada oxumaq başqa bir istedaddır”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Gün ortası” verilişində müğənni Vüsal Hacıyev deyib.
Müğənni bu gün sənətin cılızlaşdırıldığını təəssüf hissi ilə bildirib:
“Təəssüflər olsun ki, sənəti çox cılızlaşdırıblar. Efirlərə baxanda görürsən ki, sənətdən başqa hər şey təbliğ olunur, amma sənət və musiqi yoxdur ki, musiqiçi olaraq baxım, ondan zövq alım. Arzu edirəm ki, sənəti təbliğ edib aktuallaşdırsınlar, gənclər də toyxanaya yox, məhz sənətə meyl etsinlər. Əlbəttə, hamı pul qazanmaq istəyir, bu təbiidir. Amma toyxanada oxumaq başqa bir istedaddır, sənət isə müqəddəsdir. Keyfiyyətli musiqi ilə məşğul olan insan müqəddəs sayılır, çünki onun cəmiyyətə böyük təsir gücü var”.
Nehru













