“Araz-Naxçıvan” – “Qarabağ” oyununun baş tutacağı məkan dəyişdirildi

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasının 11-ci turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun baş tutacağı məkan dəyişdirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, “Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək, qadınlar arasında Millətlər Liqası çərçivəsində oktyabrın 31-də baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda təşkilini xahiş edib.

“Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ”ın razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.

Matç təqvimdə olduğu kimi “Araz-Naxçıvan” – “Qarabağ” oyunu kimi keçiriləcək və oktyabrın 30-da, saat 19:00-da başlayacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05