“Zirə”nin futbolçusu I Liqa klubuna keçdi
Futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparan “Səbail” heyətinə yeni futbolçu cəlb edib.
Klubun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, “dənizçilər” son komandası “Zirə” olan Fuad Bayramovun keçidini rəsmiləşdirib.
Müdafiəçi ilə bağlanan müqavilənin de=talları açıqlanmayıb.
Qeyd edək ki, Fuad Bayramov ötən mövsümün ikinci yarısını icarə əsasında “Mingəçevir”də keçirib.













