Arestoviç beynəlxalq axtarışa verildi
Rusiya Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçi terror fəaliyyətinə açıq çağırışlar və Rusiya ordusu haqqında yalan məlumatların yayılması ilə bağlı aparılan cinayət işi çərçivəsində beynəlxalq axtarışa verib.
Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, 2023-cü il noyabrın 13-dən Arestoviç beynəlxalq axtarışdadır.
Qeyd edək ki, Arestoviçə qarşı ilk dəfə 2022-ci il aprelin 8-də Rusiya ordusu haqqında yalan məlumat yaymaq, bir ay sonra isə terror cinayəti törətmək ittihamı ilə cinayət işi açılıb./axar.az