Reklam: High Technic
hightechnic

Argentinanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı

Reklam: Sinerji Pro

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Rivanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Səfir Karlos Dante Riva diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Karlos Dante Rivaya ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.

www.yenicag.az

181